TORİNO

Torino FK (it. Torino Football Club 1906) — İtaliyanın Turin şəhərini təmsil edən futbol klubu.

3 dekabr 1906-cı ildə Yuventusun bəzi oyunçuları yeni klub açaraq adını Torino qoydular. Klub Milanın İnter klubunun yeniyetmələr komandasının və Torineze Komandasının bazasında yaradılmışdır. Klub ilk dəfə 1927-ci ildə İtaliya çempionu olmuşdur.

40-cı illərin ikinci yarısında Torinoya, İtaliya futbolunun əsas oyunçuları yığıldı. O zaman komandanın kapitanı Valentino Matsola idi. 1943-cü ildən başlayaraq komanda 5 il Skudettonu heç kimə vermədi. Növbəti dəfə komanda 1975-ci ildə Çempionluq ugrunda oynamaga başladı və 1976-cı ildə çempion oldu. Növbəti mövsüm isə ikinci yeri tutdu. 1992-ci ildə klub UEFA kubokunun finalına çıxdı.

1949-cu il faciəsi:
4 may 1949-cu ildə Lissabon-dan İtaliyaya uçan «FIAT G-121CP» təyyarəsi Superqa yaxınlıgında qəzaya ugradı,sərnişinlərin hamısı həlak oldu. Bu təyyarə Benfika klubuyla oyundan geri qayıdırdı. Bu qəzada Torino klubunun bütün üzvləri həlak oldu.

torinofc.it