NAPOLİ

Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984 — 1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013-2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli , 1986 — 1987 və 1989 — 1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988 — 1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur.

2000 — 2001-ci il mövsümünü İtaliya A Seriyası‘nda 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001 — 2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002 — 2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003 — 2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004 — 2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır. Mövsümün sonunda play-off lara vəsiqə qazanan klub bu mərhələni keçə bilmir və bir mövsüm daha İtaliya C1 Seriyası liqasında qalir.

Bundan sonra Aurelio De Laurentiis klubu alaraq tam sahibi olur. Klubun təmsil etdiyi şəhərdə doğulan və böyüyən, İtaliyada film rejissoru olan De Laurentiis ilə birliktə 20005 — 2006-cı il mövsümündə liqada birinci olur və İtaliya B Seriyası liqasında yüksəlir. Eyni mövsüm Turin‘in Yuventus FK klubu oyun alqı satqısında ittiham olunaraq Napoli‘nin yarışacağı liqaya göndərilir. Klub Societa Sportivo Calcio Napoli adını geri qaytarır və mövsümün sonunda Yuventus FK‘un arxasında İtaliya B Seriyası‘nı ikinci bitirərək 42 oyunda 21 qalibiyyət və 16 heç-heçə, 79 xalla 5 mövsüm sonra İtaliya A Seriyası liqasına geri qayıdır. Bu dövr Societa Sportivo Calcio Napoli tarixinin dirçəliş dövrü hesab olunur və qısa zamanda İtaliya İtaliya A Seriyası liqasında çempionluğa oynayaraq son iki mövsümü 2-ci və 3-cü sırada bitirir, 2 dəfə İtaliya Kuboku‘nu qazanır.

Klubub himni O surdato’ nnammurato adlanır.

sscnapoli.it