YUVENTUS

1897-ci ildə litsey tələbələri tərəfindən qurulan klub, 1926-ci ildə, «FIAT»-ın da sahibi olan Agnelli ailəsinin nəzarətinə keçmişdir. 1931-ci ildən başlayaraq 5 il üst-üstə çempionluq əldə etmişdir. Əfsanəvi Şirea Qaetano, Dino Zoff, Mişel Platini, Antonio Kabrini, Marko Tardelli, Paolo Rossi, Boniek ve Covanni Trapattoni öndərliyində dünyanın görmüş olduğu ən müdhiş heyət quraraq Avropanın 3 böyük kubokunu qazanan ilk komanda oldu.

1935-ci il «Yuventus»un tarixinə qara hərflərlə düşdü. Həmin il iyulun 14-də klub prezidenti Eduardo Anyelli Genuyada təyyarə qəzasında həlak oldu. Bu hadisə və Çezarini və Ferrarinin komandanı tərk etməsi kluba güclü təsir etdi. Həmin 1935-1936-ci il mövsümündə klub yalnız 5-ci yeri tutdu.

Müharibə illərində «Yuventus» klub prezidenti Petro Duzio sayəsində məcbur olaraq adını «Yuve-Çizitaliya» qoydu. Ancaq 1946-cı ildə sülh bərqərar olanda klub öz tarixi adını geri qaytardı.

«Yuventus»un müharibədən sonrakı ilk uğuru 1950-ci ilə təsadüf etdi. Belə ki, «Yuve» çempionatda vurduğu yüz qolla nəticə etibarilə böyük uğura imza atdı. Həmin il klubda danimarkalılar Con Hansen və Karl Aaqe, həmçinin «Yuventus»un bütün dövrlər üçün 2-ci bombardiri Campyero Boniperti parlayırdı.

1954-1955-ci il mövsümündə komanda 7-ci yeri tutmaqla iflasa uğradı ki, bundan sonra Canni Anyelli istefa verdi. Onun yerini 22 yaşında klubun tarixinə ən cavan prezident kimi düşən qardaşı Umberto tutdu. Onunla komandanın yeni qələbə dövrü başladı.

1966-1967-ci il mövsümöncəsi «Yuventus» səhmdar cəmiyyəti oldu, amma mövsümün sonucu «Yuventus üçün möhtəşəm alındı. Klub sonuncu turda növbəti «skudetto»nu qazandı.

13 İyul 1973-cü ildə «Yuventus»da yeni prezident – Canpyero Boniperti peyda oldu. Onun gəlişi ilə «Qoca sinyora» çiçəklənməyə başladı. İlk idarəçilik qərarı məşqçilik postuna vəfat etmiş Armando Pikkinin yerinə klubun keçmiş oyunçusu, hazırda isə gənclərdən ibarət komandanın məşqçisi Çestmira Vıçpalekanın gətirilməsi oldu. Bu qərar özünü doğrultdu, klub Vıçpaleka, Şirea Qaetano, Roberto Betteqa və Fabio Kapello ilə birlikdə çempion oldu.

juventus.com