MİLAN

«Milan» adı ilə daha məşhur olan «L’Associazione Calcio Milan» əsası 16 dekabr 1899-cu il tarixində qoyulmuş və hazırda futbol üzrə İtaliya Çempionatının A Seriyasında mübarizə aparan italyan futbol klubudur. «Milan»dan başqa, eyniadlı şəhəri komandadan narazı olaraq ayrılan bir qrup şəxsin 1908-ci ildə əsas qoyduğu «İnter» futbol klubu da təmsil edir. 1963-cü ildən etibarən «Milan» məşqlərini Vareze əyalətinin Milanello şəhərciyində olan idman mərkəzində keçirir.

19621963 mövsümündə italyan klubları arasında ilk dəfə olaraq Çempionlar Kubokunu qazanmış «Milan» hazırda beynəlxalq yarışlardakı qalibiyyətlərin sayına görə dünya birincisidir. Komandanın qazandığı 18 yarış (bu göstərici üzrə ikinci yeri tutan «Boka Xuniors»un hesabında 17 kubok var) sırasında 7 Çempionlar Kuboku/Çempionlar Liqası (bu göstərici üzrə «Milan»ı yalnız yarışın 9-qat qalibi olan Madrid «Real»ı üstələyir), 5 UEFA Superkuboku (Avropa rekordu), 2 Kuboklar Kuboku (yalnız «Barselona» bundan artıq – 4 Kuboklar Kuboku qazanıb), 4 Qitələrarası Kubok/Klublararası Dünya Çempionatı (dünya rekordu) var. «Milan» həmçinin Latın Kubokunun 2-qat və Mitropa Kubokunun sahibidir. Komanda iştirak etdiyi demək olar ki, bütün UEFA yarışlarında qələbə qazanıb. «Qırmızı-qaralar»ın qalib gələ bilmədiyi yeganə yarış yalnız 2 dəfə yarımfinalına qədər yüksəldiyi UEFA Kubokudur. Daxili yarışlarda isə 18 çempionluq, 1 İttifaq Kuboku, 5 İtaliya Kuboku və 5 İtaliya Superkubokunu qazanan «Milan» yalnız Turin «Yuventus»undan geri qalır. Buna baxmayaraq, Milanlıların sahib olduğu 5 İtaliya Superkuboku ölkə rekordu olaraq qalır. «Milan» adı ilə daha məşhur olan L’Associazione Calcio Milan əsası 16 dekabr 1899-cu il tarixində qoyulmuş və hazırda futbol üzrə İtaliya Çempionatının A Seriyasında mübarizə aparan italyan futbol klubudur. Klubun əsası 1899-cu ildə britaniyalı mühacirlər Alfred Edvards və Robert Kiplin tərəfindən qoyulmuşdur.»Milan»dan başqa, eyniadlı şəhəri komandadan narazı olaraq ayrılan bir qrup şəxsin 1908-ci ildə əsas qoyduğu «İnter» futbol klubu da təmsil edir. 1963-cü ildən etibarən «Milan» məşqlərini Vareze əyalətinin Milanello şəhərciyində olan idman mərkəzində keçirir.

acmilan.com