TARİXİMİZ

İlk növbədə bir balaca haqqımızda yazacayıq, daha sonra fankluba üzv olmaq şərtlərininnən danışacayıq. Fanklubumuzla tanış edək sizləri.

2012-ci ildə “AC Milan Azerbaijan” fanklubunu yaratmaq fikrinə gəldik. O vaxtları Milanın müxtəlif fan səhifələri var idi. Səhifələrin birində bir necə nəfər yığışıb futbol matçı keçirmək daha sonra alınsa fanklub yaratmaq qərarını aldıq. 
O ərəfələrdə bir neçə nəfər bu məsələnin daha inkişaf etməsi üçün, yükü üzərinə götürdü. İlk oyunlara baxışlar xırda qrup şəklində başlandı. Getdikcə fan səhifələrdən qoşulanların sayı artırdı. Say çoxaldıqca, ilk belə təcrübəmiz olduğundan, problemlər də yaranmağa başladı. Çoxluq, necə deyərlər, “yaxşı şey deyil”. Qruplaşmalar, dedi qodular və s. Milan da sağolsun, nəticələriylə daha da soyudurdu camaatı. Fikirləşdik ki, belə davam edə bilməz. Fərli bir şey əmələ gəlməyəcək bu işdən. Başını buraxmaq qərarına gəldik. Ama həmən dövrdən bir neçə nəfər bir-biriylə əlaqələri kəsmədi. 5-10 nəfər daimi görüşüb oyunlara da baxırdı, matçlar da keçirirdi. Gələcəkdə bir daha yükün altına girməy kimi fikri nəzərdən keçirirdi.
İl oldu 2014. gənc azərkeşlərimizdən ikisi Fanklub yaratmaq istədiklərini, ama daha əvvəl biz bu işi başlamışıq deyə, həm məsləhət, həm də xeyir dua istədilər. Sağolsunlar, indiki vəziyyətə çatmağımızda böyük rolları oldu. Hal hazırda bizim üzvlərimizdir hər ikisi. Biz də öz növbəmizdə yenidən başlamağı fikirləşirdik deyə, elə bir yerdə davam etmək qərarına gəldik. Milanın MDB ölkələrinin fan saytından bir neçə nəfər qoşuldu bizə. 

Bu səfər başımıza gələnləri nəzərə alaraq, balaca olsada ama yenədə olan təcrübəmizə əsaslanıb, üzvləri seçməyə, dəvət eləməyə daha həssas yanaşmağa başladıq. Əvvəl-əvvəl çətinliklər oldu, ama düzgün yolda olduğumuzdan, onları aradan qaldıra bildik. Seçdiyimiz siyasətin düz olduğuna əmin olduq.
Artıq 2018-dir, 4 ildir bir yerdəyik. Ölkədə xarici klubların fanklubları tərəfidən tanınırıq. Xaricdəki bir çox Milan fanklubları tərəfindən tanınırıq. Müxtəlif yarışmalarda iştirak etmişik. Tədbirlərə dəvətlər alırıq ara-sıra. 
Rəhbərlik heyyəti olaraq ölkədəki yerli azərkeş qrup başçılarıyla (Forza Neftçi, Red Black Army, S11, Bakı Kartalları, Qarabağ Ordu, Caspian Ultras və s.) yaxın əlaqələr yarada bilmişik.
Qabağımıza plan şəklində qoyduğumuz bütün məqsədlərə çatırıq vaxtı vaxtında. 

Sentyabrın 27si İtaliyadan rəsmi olaraq qəbul olunduq. Milan Fanklublar Assosiasiyasına daxilik artıq.
Sağolsun üzvlərimiz, nə lazım olursa köməklərini əsirgəmirlər. Edə biləcəyi nəsə varsa, canla başla görürlər, çünki “AC Milan Azerbaijan” fanlkubu bir ailə kimidir. Bu ailənin dağılmağını heç birimiz istəmirik. 

Əvvəldə qeyd etdiyimiz kimi, yeni üzvləri qəbul etməyə həssasla yanaşırıq. Birdən birə çox adam götürmürük. Ay ərzində 2-3 nəfər. Onlar adaptasiya olana kimi, tam özlərini qrupda rahat hiss edənə kimi yeni üzvlər cəlb olunmur. Bu da bizim bir siyasətimizdir. Bunun düz olduğuna inanırıq.

Bizə qoşulmaq istəyənlər ilk növbədə bizim ilkin qaydalarla razılaşmalıdılar:
1) — Hər yeni üzv olmağa namizədlər müəyyən bir blank doldurmalıdır (əsas səhifədə tapa bilərsiniz).
2) — Fanklubumuzun fondu var. Hər ay klubun bank hesabına ödəniş olur. Gördüyümüz işləri fondun büdcəsinə görə edirik.
3) — Rəhbərliyin xəbəri olmadan oyunlara tanış, qohum və ya yeni üzv gətirmək qadağandır.

Nəzərə çatdırırıq ki, blankı doldurub göndərmək, artıq üzv olmaq demək deyil. Vaxtınızı bizə sərf etdiyiniz üçün təşəkkürlər! Ümid edirik, anlayışla qarşılayarsınız qurduğumuz sistemi.

Forza Milan!

mapp
aimc