KLUB TARİXİ

«Milan» adı ilə daha məşhur olan «L’Associazione Calcio Milan» əsası 16 dekabr 1899-cu il tarixində qoyulmuş və hazırda futbol üzrə İtaliya Çempionatının A Seriyasında mübarizə aparan italyan futbol klubudur. «Milan»dan başqa, eyniadlı şəhəri komandadan narazı olaraq ayrılan bir qrup şəxsin 1908-ci ildə əsas qoyduğu «İnter» futbol klubu da təmsil edir. 1963-cü ildən etibarən «Milan» məşqlərini Vareze əyalətinin Milanello şəhərciyində olan idman mərkəzində keçirir.
1962-1963 mövsümündə italyan klubları arasında ilk dəfə olaraq Çempionlar Kubokunu qazanmış «Milan» hazırda beynəlxalq yarışlardakı qalibiyyətlərin sayına görə dünya birincisidir. Komandanın qazandığı 18 yarış (bu göstərici üzrə ikinci yeri tutan «Boka Xuniors»un hesabında 17 kubok var) sırasında 7 Çempionlar Kuboku/Çempionlar Liqası (bu göstərici üzrə «Milan»ı yalnız yarışın 9-qat qalibi olan Madrid «Real»ı üstələyir), 5 UEFA Superkuboku (Avropa rekordu), 2 Kuboklar Kuboku (yalnız «Barselona» bundan artıq – 4 Kuboklar Kuboku qazanıb), 4 Qitələrarası Kubok/Klublararası Dünya Çempionatı (dünya rekordu) var. «Milan» həmçinin Latın Kubokunun 2-qat və Mitropa Kubokunun sahibidir. Komanda iştirak etdiyi demək olar ki, bütün UEFA yarışlarında qələbə qazanıb. «Qırmızı-qaralar»ın qalib gələ bilmədiyi yeganə yarış yalnız 2 dəfə yarımfinalına qədər yüksəldiyi UEFA Kubokudur. Daxili yarışlarda isə 18 çempionluq, 1 İttifaq Kuboku, 5 İtaliya Kuboku və 5 İtaliya Superkubokunu qazanan «Milan» yalnız Turin «Yuventus»undan geri qalır. Buna baxmayaraq, Milanlıların sahib olduğu 5 İtaliya Superkuboku ölkə rekordu olaraq qalır. «Milan» adı ilə daha məşhur olan L’Associazione Calcio Milan əsası 16 dekabr 1899-cu il tarixində qoyulmuş və hazırda futbol üzrə İtaliya Çempionatının A Seriyasında mübarizə aparan italyan futbol klubudur. Klubun əsası 1899-cu ildə britaniyalı mühacirlər Alfred Edvards və Robert Kiplin tərəfindən qoyulmuşdur.»Milan»dan başqa, eyniadlı şəhəri komandadan narazı olaraq ayrılan bir qrup şəxsin 1908-ci ildə əsas qoyduğu «İnter» futbol klubu da təmsil edir. 1963-cü ildən etibarən «Milan» məşqlərini Vareze əyalətinin Milanello şəhərciyində olan idman mərkəzində keçirir.
Tarixboyu «Milan» yalnız 2 dəfə (1980-ci və 1982-ci illərdə) aşağı divizion olan B Seriyasına yuvarlanmışdı. Bu uğursuzluqların səbəbləri birinci halda «Totonero» adlandırılan qalmaqalına aid İdman Ədliyyəsinin qərarı, ikinci halda isə komandanın mövsüm sonunda sərgilədiyi sönük oyun idi. 24 avqust 2007-ci il tarixində La Repubblica qəzetində dərc olunmuş Demos sosioloji cəmiyyətinin keçirdiyi sorğu nəticəsində İtaliya azarkeşlərinin 23%-nin simpatiyaları «Milan»ın tərəfindədir. 2007-ci ildə World Soccer futbol jurnalının keçirdiyi sorğu nəticəsində isə, Arriqo Sakkinin məşqçilik etdiyi və Van Basten–Raykaard–Qullit triosunun oynadığı «Milan» tarixdə ən güclü klub komandası və ümümilikdə üç milli yığmanı (1970-ci ilin Braziliya millisi, 1974-cü ilin Hollandiya millisi və 1953-1954-cü illərinin Macarıstan millisi) qabağa buraxaraq 4-cü güclü komanda olduğu məlum olub. Nailiyyətləri 1986-cı ildən etibarən L’Associazione Calcio Milan «Gruppo Fininvest»in üzvüdür.

Italian_Football_Champion_1901

1901-ci il.  Milan ilk dəfə İtaliya çempionu olur

18 dəfə İtaliya çempionu  1901, 1906, 1907, 1951, 1955, 1957, 1959, 1962, 1968, 1979, 1988, 1992, 1993, 1994, 1996, 1999, 2004, 2011

7 dəfə UEFA ÇL qalibi 1963, 1969, 1989, 1990, 1994, 2003, 2007

5 dəfə İtaliya Kubokunun sahibi 1967, 1972, 1973, 1977, 2003

7 dəfə İtaliya Super Kubokunun sahibi 1988, 1992, 1993, 1994, 2004, 2011, 2016

3 dəfə Qitələrarası Kubokun sahibi 1969, 1989, 1990

5 dəfə Avropa Super Kubokunun sahibi 1989, 1990, 1994, 2004, 2007

2 dəfə UEFA Kuboklar Kubokunun sahibi 1968, 1973

2 dəfə Latın Kubokunun sahibi 1951, 1956

1 dəfə Mitropa Kubokunun sahibi 1981-82